Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib
Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır
Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.

Sonra Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun direktoru Emin Axundov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Elçin Bağırov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “Saloğlu” firmasının direktoru Tacəddin Mustafayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, “Muğan Aqroservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rəcəb Orucov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, “Hacıqabul Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nemət Babaşov çıxış etdilər.

Prezident İlham Əliyev konfransda yekun nitqi söylədi.