Regionların sosial-iqtisadi inkişafının qiymətləndirilməsi: mövcud vəziyyət və gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib

Biometrik göstəriciləri özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi Prezident İlham Əliyevə təqdim olunub
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi təsdiqlənib
Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə “Regionların sosial-iqtisadi inkişafının qiymətləndirilməsi: mövcud vəziyyət və gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov 2009-2013-cü illərdə regionlarda sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən apardıqları araşdırma haqda məlumat verib. O bildirib ki, araşdırma statistik məlumatlara əsaslanır: “Regionların inkişafında qeyri-bərabərlik var. Bu qeyri-bərabərliyin səbəbi isə nataraz ərazi inkişafı, iqtisadi-coğrafi mövqe, nəqliyyat şəbəkəsinin inkişafı, hər bir regionun inkişafına ayrılmış vəsaitdir. Baxmayaraq ki, son illər iş yerləri açılır, bölgələrdə əsas problem yenə də işsizlikdir”.

Ç. İsmayılov qeyd edib ki, son 10 il ərzində regional inkişafdakı qeyri-bərabərlik çox az dəyişib: “Əgər 2003-cü ildə dövlət büdcəsində gəlirlər üzrə Bakı və Abşeron rayonunun payı 93 faizə bərabər idisə, 2013-cü ildə bu göstərici 93 faiz təşkil edib”.

Mərkəz rəhbərinin sözlərinə görə, araşdırmadan sonra gəlinən nəticə odur ki, yenə də yeni iş yerləri açılmalıdır: “Bu il “Sənaye ili” elan olunsa da, dövlət proqramında yeni sənaye obyektlərinin açılması ilə bağlı heç bir məlumat yoxdur. Yeni iş yerləri açılsa, bunun nəticəsində rayonlardan şəhərə olan axının qarşısını almaq olar. Xüsusi iqtisadi zona yaradılmalıdır ki, bu da regionların inkişafına təkan verəcək”.