Rusiya Dövlət Duması “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nı təsdiqləyib

Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir…
Azərbaycan Respublikası XİN: Ermənistan tərəfinin dağıdıcı mövqeyini qətiyyətlə qınayırıq
Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Rusiya Dövlət Duması səsvermə zamanı yekdilliklə “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın təsdiqlənməsinə səs verib.

“Report” xəbər verir ki, sessiyada çıxış edən Rusiya parlamentariləri Rusiya ilə digər Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün sənədin ratifikasiyasının vacibliyini və zəruriliyini qeyd ediblər.

Bildirilib ki, saziş Xəzər regionunda təhlükəsizliyin möhkəmləndirilməsinə, Xəzəryanı ölkələr arasında iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə kömək edəcək.

Qeyd edək ki, konvensiya 2018-ci il avqustun 12-də Aktauda imzalanıb.

Report.az