Rusiya Qafqaz regionunda yeni hərbi əməliyyatlara getməyəcək – ekspertlər

Azərbaycan enerji təhlükəsizliyi məsələsində daha əhəmiyyətli ölkə olacaq
Azərbaycan ədliyyəsi uğurlu inkişaf yolundadır
Azərbaycanda 2015-ci il 1 noyabr parlament seçkiləri ilə bağlı ATƏT/DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına dair Analİtİk Təhlil

Rusiya şübhəsiz ki, özünün Qafqazdakı təsir dairəsini genişləndirməyə və möhkəmləndirməyə çalışır, ancaq bu çətin ki, regionda yeni hərbi əməliyyatlara gətirib çıxartsın, ekspertlər hesab edirlər.
“Rusiya Qafqazda böyük nüfuza can atır, ancaq mən düşünmürəm ki, ölkənin yuxarı qüvvələri bu gün regionda daha bir hərbi münaqişə istəsin”, – Gürcüstan üzrə amerikalı ekspert Henry Heyl deyib.
Gürcü dipolomat və siyasətçilər tez-tez Kremlin Qafqazda yeni əməliyyat başlamaq niyyətində olmasını bildirirlər.
Gürcüstan XİN RF XİN-in nümayəndəsi Andrey Nesterenkonun Rusiyanın mümkün destabilizasiyadan qaçmaq üçün “Abxaziya və Cənubi Osetiya ilə sərhədi” möhkəmləndirməkdə maraqlı olması barədə bəyanatına cavab verib.
Mayın 25-də Gürcüstan XİN siyasi departamentinin direktoru Zurab Kaçkaçaşvili bildirib ki, Abxaziya və Samaçablo (Tsxinvali regionu) ərazilərində böyük sayda rus hərbçisi və texnikası məskunlaşıb və Rusiya tərəfi hansısa destabilizasiya gözləyirsə, bu yalnız həmin silahlı qüvvələrdən yarana bilər.
“Rusiya yeni müharibə istəyir”, – Gürcüstan Prezidenti Mixail Saakaşvili mayın 19-da İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə bildirib, RİA Novosti xəbər verib.
“Ruslar daha bir müharibə istəyir. Qalır onların buna nail olub, ola bilməyəcəyini görmək. Onlar bir dəfə sərhədləri aşıb və avqust təcavüzü bizə onları ciddiyə almağı öyrətdi. Onlar Gürcüstandan canlarını qurtarmaq istəyirlər”, – Gürcüstan Prezidenti bildirib.
Müşahidəçilər hesab edirlər ki, Qafqaz hələ uzun müddət Rusiyanın təsir dairəsində qalacaq, amma bu, regionda daha bir müharibəyə gətirib çıxarmayacaq. İlk növbədə ona görə ki, Moskva Qərblə münasibətlərini çətinləşdirmək istəmir.
2008-ci il avqustun 8-də gecə, tanınmamış Cənubi Osetiya Respublikasında böyükmiqyaslı hərbi əməliyyatlar başladı. Gürcü qoşunlar Tsxinvaliyə daxil oldu. Bir müddət sonra rus qoşunları şəhəri tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə qədər sıxışdırıb. Avqustun sonunda Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq Tbilisi Moskva ilə diplomatik münasibətlərini kəsib və iki tanınmamış respublikanı işğal olunmuş ərazilər elan edib.
Heylin sözlərinə görə, Qafqaz regionu Qərb-Rusiya münasibətlərində daimi gərginlik mənbəyi olacaq, bu durum siyasətdən hərbi sahəyə keçməyəcək.
Rusiya nöqteyi-nəzərindən Saakaşvili artıq cəzalandırılıb, Heyl hesab edir və Qafqazda ərazi ələ keçirmək üçün istənilən real cəhd müxtəlif risklərlə müşayiət olunacaq. “Bu, Qərblə münaqişəyə və ölkənin sərhəd zonalarında destabilizasiyaya gətirib çıxara bilər”, – Trend News-a Corc Vaşinqton Universitetinin politologiya üzrə professoru Heyl deyib.
Ekspert Rusiyanın öz təsir dairəsini daha da genişləndirmək məqsədilə hərbi güc tətbiq edəcəyini gözləmir. “Hazırkı iqtisadi böhranın daha da dərinləşmək ehtimalı olduğu zaman tərəflərin heç biri indi hərbi qarşıdurmada maraqlı deyil”, – Heyl deyib.
Digər amerikalı politoloq Mark Katzın fikrincə, Rusiya aşkar şəkildə öz mövqelərini genişləndirməyə və ABŞ-ın Cənubi Qafqazdakı mövqeyini zəiflətməyə can atır. Ancaq onun sözlərinə görə, Moskva aqressivdir, amma ehtiyatlıdır.
Katsın fikrincə, Rusiya Qərblə birbaşa qarşıdurmaya can atmır. “Bunun əvəzində, 2008-ci ilin avqustunda olduğu kimi Kreml özünün mövqeyinin ABŞ-ın mövqeyindən güclü olduğu zamanı gözləyəcək”, – Trend News-a elektron poçtla Amerikanın Corc Meyson Universitetinin beynəlxalq münasibətlər departamentinin siyasət üzrə professoru Katz deyib.
Ancaq onun fikrincə, ABŞ həmişə Aİ tərəfindən dəstəklənəcək və “heç bir şübhə yoxdur ki, Aİ Rusiyanın istənilən güc tətbiqinə cavab olaraq çox şeylər edəcək”.
Kats Moskvanın xarici siyasət üzrə xroniki problemi kimi Kremlin öz opponentlərinin qüvvəsini qiymətləndirmməsini göstərib və üstəlik, ən pisi, öz qüvvələrini həddindən artıq çox qiymətləndirir.
“Şimalı Qafqazdakı durum uzunmüddətli perspektivdə kəskinləşməkdə davam edərsə, Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu artırmaq səyləri çox axmaqcasına görünəcək”, – Kats bildirib.
“Rusiya çoxqütblü dünyanın ən vacib oyunçularından biri statusunu qazanmaq istəyir və bunun üçün bütün cəhdlərə əl atır”, – Trend News-a gürcü politoloq Qiya Xuxaşvili deyib.
“Fakt odur ki, hazırda bütün dünyada nüfuzların bölünməsi prosesi gedir və Rusiyanın addımları dəqiq şəkildə ona işarə edir ki, Moskva onun geosiyasi niyyətlərinin tanınması üçün heç nəyini əsirgəməyəcək. Ötənilki müharibə də buna sübutdur”, – Xuxaşvili bildirib.
Onun fikrincə, Rusiya “Qərblə qarşıdurmanı davam etdirəcək”. “Ancaq ümid edirəm ki, bu qarşıdurma iqtisadi və diplomatik xarakter alacaq və hərbi əməliyyatlara gətirib çıxarmayacaq”, – ekspert qeyd edib.
Ancaq rusiyalı ekspert Qafqazdakı hadisələrin hərbi inkişafını istisna etmir.
“Böyükmiqyaslı hərbi əməliyyatların bərpası ehtimalı xeyli yüksəkdir, – rusiyalı hərbi ekspert Pavel Felqenqauer hesab edir. – Hazırda biz elə bir dövrdəyik ki, istənilən an döyüş əməliyyatları başlaya bilər. Rəqiblərin qoşunları hazırda bir-birindən uzaqda deyil”, – DDC-nin saytı xəbər verir.
Onun sözlərinə görə, sərhəd məntəqələrində atşıma ola bilər və bu zaman osetin deyil, rus sərhədçilər zərər çəkə bilər. Bu da eskalasiya üçün yetərli səbəb ola bilər.
Onun proqnozlarına görə, Rusiya Qafqazdakı hərbi uğurunu möhkəmlətmək istəsə, bunu oktyabrın sonuna qədər edəcək. Ekspertin fikrincə, rus qoşunlarına aviasiyanın tətbiqi üçün minimum iki ay “açıq səma” lazım gələcək.
Ancaq Felqenqauerin sözlərinə görə, problemi hərbi gücün nümayişi ilə həll etmək mümkün olmayacaq. Onun sözlərinə görə, yaranmış durumda hər iki tərəfin siyasi əzmi və keçmişin təcrübəsinin tətbiqi lazım gələcək.
“İstənilən siyasi razılaşmanın olmaması halında belə atəşkəsin sabit olması üçün nəyin lazım olduğu aydındır, – Felqenqauer deyib. – Demilitarizasiya edilmiş zona olmalı, rəqiblərin təmas xəttinin ayrılması, sülhməramlı qüvvələrin yeridilməsi lazımdır. Bunsuz istənilən münaqişə eskalasiyaya çevrilə bilər”.
Materialın hazırlanmasında N.Kirtsxaliya (Nbilisi) iştirak edib. /Trend/