Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək

Nyu-Yorkda 36 mərtəbəli Türk evinin açılış mərasiminin tarixi məlum olub
Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Ceyhun Bayramov  Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması mühüm tarixi hadisədir. Xəzəryanı ölkələr bu razılaşma üzərində 20 ildən çox işləyiblər.

Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirilən mətbuat konfransında AZƏRTAC-ın müxbirinin sualını cavablandırarkən deyib deyib.

Səfir qeyd edib ki, bu Konvensiya milli maraqlara cavab verən və qarşılıqlı fayda verəcək razılaşmadır. Xəzər dənizində artıq beynəlxalq hüquqi rejim müəyyən edilib. Bu sənəd Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək.

M.Boçarnikov diqqətə çatdırıb ki, Xəzəryanı dövlətlərin başçıları tərəfindən işçi qrupu yaradılıb. İşçi qrupunun ilk yüksək səviyyəli toplantısı bu ilin sonuna qədər Azərbaycanda keçiriləcək.