SƏLİMOV Araz Bahadır oğlu

QƏHRƏMANOV Fariz Çoban oğlu
ƏKBƏROV Akif Abbas oğlu
BABAYEV Əjdər Xalıqverdi oğlu

(1.6.1960, Xocalı ş. – 26.2.1992, Əsgəran qəs.) – Azərbaycanın Milli Qəhrəmanı (25.2.1997, ölümündən sonra).

1975 ildə orta məktəbin səkkizinci sinfini bitirib. Texniki-peşə məktəbində traktorçu peşəsinə yiyələnib. Bir müddət kolxozda çalışıb, 1978 ildə Sovet Ordusu sıralarında hərbi xidmətə yollanıb. 1980 ildə ordudan tərxis olunub və Xocalıda südçülük-tərəvəzçilik sovxozunda traktorçu işləyib. 1988-ci ildə başlanan qanlı müharibə qeyrətli Araz Səlimovu da silah götürməyə məcbur edib. 1990 ildə könüllü olaraq Xocalı özünümüdafiə batalyonuna yazılıb. İlk gündən öz cəsarəti ilə fərqlənib, pulemyotçu kimi erməni təxribatlarına layiqincə cavab verib. Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşaraq, onlarla qız-gəlini, qoca və uşaqları erməni quldurlarının caynağından qurtarıb. Erməni yaraqlıları izinə düşərək, qardaşı Fəxrəddinlə onu Əsgəranda vəhşicəsinə qətlə yetiriblər. Xocalı faciəsi zamanı bu ailədən üç nəfər – ata və iki oğul şəhid olub. Evli idi. Bir oğul, iki qız atası idi. Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 262
***
Xocalı sakini Canan Orucovun dediklərindən:
“Araz Səlimovu kiçik yaşlarından tanıyırdım. Xocalıda biz yaxın qonşu olmuşuq. Mən Arazın qoçaqlığını, cəsarətli olmağını öz gözümlə görmüşəm. Bacarıqlı idi. Onda güclü qonşu, məhəllə təəssübkeşliyi vardı. Sonradan həmin keyfiyyətlər çevrildi Torpaq, Vətən məhəbbətinə. Atası rəhmətlik Bahadır dayı Arazı başqa mühütdə böyütmüşü sanki. Elə ona görə də o, Xocalı faciəsində öz gücünü, öz bacarığını bir daha sübut etdi. Faciə zamanı özündən başqa onun iki qardaşı və atası qətlə yetirildi.”
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 137