“Sərsəngə yürüş”

Bir qrup xarici jurnalist Tərtər rayonuna səfər edib
Məhərrəm Zülfüqarlı: Ermənistanı müdafiə edən insan haqları təşkilatından ədalət gözləməyə dəyməz
TBMM sədri: “Ermənistanın işğalçı olduğu beynəlxalq hüquq və beynəlxalq təşkilatların təsbit etdiyi bir həqiqətdir”

Bu gün 10 dekabr “Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu öz doğma yurd-yuvalarından didərgin düşmüş, əsir, itkin və şəhid olmuş minlərlə vətəndaşımızın, habelə Sərsəng regionunda 400 000-dən artıq insanın ekoloji terrorun qurbanı olmalarının qarşısını almaq və pozulmuş hüquqlarının müdafiəsi məqsədilə jurnalistlərin, Azərbaycan Respublikasında akkreditasiya olunmuş bir neçə səfirin və səfirliklərin nümayəndə heyyəti ilə Tərtər rayonuna və onun bir sıra kəndlərinə səfər etmək üçün yola çıxıblar.
Səfər zamanı Tərtər rayon Gənclər Mərkəzində yerli icra hakimiyyəti və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçiriləcək. Görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AVCİYA-nın vitse prezidenti Vəli Əlibəyov, İnsan hüquqları XXI əsr Azərbaycan Fondunun prezidenti Şahin Camalov və layihənin əlaqələndiricisi Samir İsayev çıxış edəcəklər. Qonaqlara və KİV nümayəndələrinə “Sərsəng su bəndinin işğalının Tərtər rayonuna təsiri”, “Sərsəng humanitar faciəsinin qarşısının alınması layihəsi” və “Sərsəng su anbarının işğalının insan hüquqlarının vəziyyətinə təsiri” ilə bağlı məlumatlar verərək, suallarını cavablandıracaqlar.
Tərtərçay hidroqovşağı idarəsinin rəisi Böyükkişi Cümşüdov “Sərsəng su bəndinin işğalının Tərtər rayonunun su təchizatına təsiri” barədə məlumat verdikdən sonra foto və video (Tərtər çayı üzərində yerləşən körpünün girəcəyində) çəkilişləri də həyata keçiriləcək.
Gün ərzində Tərtər rayonun 2 kəndinə səfər ediləcək və orada yerli sakinlərlə söhbətlər aparılacaq. Yol üstü Susuzluqdan əziyyət çəkən iri fermer təsərrüfatında fermerlə söhbətlər də həyata keçiriləcək.
Onu da qeyd edək ki, “Sərsəngə yürüş” layihəsi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Sərsəng humanitar faciəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən davamlı layihələrindən biridir.