“Sərsəng – humanitar faciənin qarşısının alınması”layihəsinin təqdimatı keçirilir

Xocalı qadınları işğal olunmuş torpaqlarımıza qanunsuz səfər edən aparıcı Antoni Bourdayna məktub ünvanlayıblar
Azərbaycanın XİN başçısı erməni jurnalistlərə Qarabağ dərsi keçib
Human Rights Watch Dağlıq Qarabağda münaqişə zamanı məktəblərə edilən hücumlarla bağlı araşdırma yayıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının hazırladığı yeni “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsinin təqdimatı keçirilir.

AVCİYA-nın vitse-prezidenti, layihənin rəhbəri Vəli Əlibəyov bildirmişdir ki, layihənin məqsədi Ermənistan Respublikası ilə həmsərhəd ərazilərdə yerləşən Sərsəng su anbarı daxil olmaqla su anbarlarının həmsərhəd və işğal zonası ilə qonşu ərazilərdə yaşayan insanların həyatı və əmlakı üçün törədə biləcəkləri təhlükənin qarşısının alınmasına nail olunmasıdır.

Bildirilmişdir ki, Azərbaycanın işğal altında olan ərazilərində yerləşən su anbarları hazırda ölkə ərazisi və əhalisi üçün potensial təhlükə mənbəyidir.