Saat 17.30-dək elektron səsvermədə 21 462 nəfər iştirak edib

Bakı şəhər DYPİ və AYNA birgə məlumat yayıb
Bakıda “Uşaq müdafiəsi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu” mövzusunda tədbir keçirilib
Bakıda korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi məsələlərinə dair beynəlxalq tədbir işə başlayıb

Saat 17:30-a olan məlumata görə, elektron səsvermədə 21 462 nəfər iştirak edib. Bu barədə APA-ya elektron səsverməni təşkil edən “Parlament -2010” seçki monitorinqi koalisiyasından bildirilib. Qeyd edək ki, “Parlament -2010” seçki monitorinqi koalisiyası həm də seçki müşahidələri aparır. Koalisiyasından 3087 nəfər respublikanın 80 seçki dairəsində müşahidə həyata keçirir. Onlardan 2909 nəfəri seçki məntəqələri, 162 nəfəri seçki dairələri, 16 nəfəri respublika üzrə, 125 nəfər isə ehtiyat müşahidəçi qismində cəlb edilib. /APA/