Saat 17.30-dək elektron səsvermədə 21 462 nəfər iştirak edib

“Opinion Way”: Seçicilərin 86,53 faizi İlham Əliyevə səs verib
Prezident İlham Əliyev VI Qlobal Bakı Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev Şəkidə Bayraq Muzeyinin açılışında iştirak edib

Saat 17:30-a olan məlumata görə, elektron səsvermədə 21 462 nəfər iştirak edib. Bu barədə APA-ya elektron səsverməni təşkil edən “Parlament -2010” seçki monitorinqi koalisiyasından bildirilib. Qeyd edək ki, “Parlament -2010” seçki monitorinqi koalisiyası həm də seçki müşahidələri aparır. Koalisiyasından 3087 nəfər respublikanın 80 seçki dairəsində müşahidə həyata keçirir. Onlardan 2909 nəfəri seçki məntəqələri, 162 nəfəri seçki dairələri, 16 nəfəri respublika üzrə, 125 nəfər isə ehtiyat müşahidəçi qismində cəlb edilib. /APA/