Saat 17.30-dək elektron səsvermədə 21 462 nəfər iştirak edib

6 milyard dollarlıq “Mərkəzi-Şərqi Azəri” layihəsi təsdiq edildi
Prezident İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib
Prezident işğaldan azad edilmiş kəndlərdəki yaşayış məntəqələrinin bərpası ilə bağlı sərəncam imzalayıb

Saat 17:30-a olan məlumata görə, elektron səsvermədə 21 462 nəfər iştirak edib. Bu barədə APA-ya elektron səsverməni təşkil edən “Parlament -2010” seçki monitorinqi koalisiyasından bildirilib. Qeyd edək ki, “Parlament -2010” seçki monitorinqi koalisiyası həm də seçki müşahidələri aparır. Koalisiyasından 3087 nəfər respublikanın 80 seçki dairəsində müşahidə həyata keçirir. Onlardan 2909 nəfəri seçki məntəqələri, 162 nəfəri seçki dairələri, 16 nəfəri respublika üzrə, 125 nəfər isə ehtiyat müşahidəçi qismində cəlb edilib. /APA/