Sabiq səfir: “Azərbaycanda seçkilər yaxşı təşkil olunub”

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səsvermədə iştirak edib
MSK-nın ilkin nəticəsi: İlham Əliyev 84,94 faiz səs toplayıb
ATƏT DTİHB-nın müşahidə missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı ikinci aralıq hesabatını açıqlayıb

“Azərbaycanda keçirilən prezident seçkiləri ümumən yaxşı təşkil olunub”.  APA-nın verdiyi məlumata görə, bunu beynəlxalq müşahidəçi qismində Azərbaycanda prezident seçkilərini müşahidə edən İndoneziyanın Bolqarıstan, Albaniya və Avstraliyadakı sabiq səfiri, ASEAN təşkilatının baş katibinin sabiq müavini İmmanuel Robert İnkirvanq söyləyib. İ.R.İnkirvanq deyib ki, ilk dəfədir Azərbaycanda olur və seçkiləri müşahidə edir. Onun sözlərinə görə, gün ərzində 35 saylı Xətai III Seçki Dairəsində yerləşən 6 seçki məntəqəsində olub, müşahidə aparıb: “Səhər saatlarında seçici fəallığı zəif olub, saat 11:00-dan sonra seçici fəallığı artıb. Müşahidə etdiyim seçki məntəqələrinin hər birində 300-400 seçici səs vermişdi. Məntəqələrin əksəriyyətində videokameraların quraşdırıldığını da qeyd etmək istərdim. Seçki komissiyalarının üzvləri müşahidəçilərlə mehriban münasibət qurmağa çalışırdılar. Ancaq müəyyən problemlər də vardı. Məsələn, beynəlxalq və yerli müşahidəçilərin seçki məntəqələrindəki yerlərində qeyri-müəyyənlik müşahidə olunurdu. Yəni seçkilərin təşkilində müəyyən zəif məqamlar vardı. Ümumilikdə isə seçkilər yaxşı təşkil olunub”. /APA/