Sabir Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub
Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib
Sabah saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut olacaq

Sabir Xudu oğlu Rüstəmxanlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Şöhrət” ordeni ilə təltif edilib.

S.Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

S.Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri və Milli Məclisin deputatıdır.

S.X.Rüstəmxanlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Xudu oğlu Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2021-ci il