Şamaxıda Mirzə Ələkbər Sabirə həsr edilən kitabların təqdimatı olub

AVCİYA-nın 2022 – Şuşa ilinə dəyərli töhfəsi: Assosiasiya Şuşa layihələri çərçivəsində dördcildlik monoqrafik toplu hazırlayaraq dərc etmişdir
1905.az portalının Diskussiya Klubunda “Şamaxı soyqırımı” mövzusunda tədbir keçirilib
Azərbaycanda bələdiyyə seçkisində seçici fəallığı 26-38 faiz olub – exit-poll

Azərbaycanın Şamaxı rayonunda “Sabir günləri” çərçivəsində şairin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb və 3 yeni kitabın təqdimatı olub. APA-nın məlumatına görə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə bu gün keçirilən tədbirdən öncə Milli Məclisin deputatları, tanınmış şair və yazıçılar, elm adamları M.Ə.Sabirin Şamaxı şəhərindəki Ev Muzeyini ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Sonra isə Seyid Əzim Şirvaninin məzarı ziyarət olunub. Şamaxı Mədəniyyət Evində keçirilən mərasimdə Şamaxıdan seçilmiş millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə hazırlanan, mərhum akademik Bəkir Nəbiyevin “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri”, professor Alxan Bayramoğlunun tərtibçiliyi ilə nəşr olunan “Sabir haqqında tədqiqlər”, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyevin “Sabirin həyatı və sənəti” kitabının təqdimatı olub. Tədbirdə millət vəkilləri Elxan Süleymanov, Sabir Rüstəmxanlı, kitabın müəllifləri çıxış ediblər.
Tədbirin ikinci hissəsində M. Ə. Sabirin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb. Şairin mayın 30-da qeyd olunan doğum günü ərəfəsində deputat Elxan Süleymanovun təşəbbüsü ilə artıq ikinci ildir ki, ənənəvi olaraq keçirilən müsabiqə M.Ə.Sabir yaradıcılığının təbliği, onun y aradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagirdləri üzə çıxarmaqla həvəsləndirmək məqsədi daşıyır. Müsabiqədə iştirak edən 138 nəfər arasından 8 bədii qiraətçi professor Tofiq İsmayılovun rəhbərlik etdiyi münsiflər heyətinin qərarı ilə mükafatlara layiq görülüb. Mərasimdə bədii qiraətçilər yenidən səhnəyə çıxaraq 500-dən artıq insanın qarşısında Sabirin şeirlərini səsləndiriblər. Millət vəkili Elxan Süleymanov birinci yeri tutan iki nəfərə 150 manat, ikinci yeri tutan iki nəfərə 100 manat və üçüncü yeri tutan 4 nəfər isə 50 manat pul mükafatı təqdim edib. Bundan əlavə, ilk 30 yeri tutan iştirakçılara həvəsləndirici diplomlar verilib. Həmçinin, deputat E.Süleymanov ötən ilki müsabiqənin 10 nəfər qalibinə və bu ilki 8 mükafatçının hər birinə bir il ərzində hər ay 50 manat “Sabir” təqaüdü verəcəyini bildirib. Tədbir deputatın təşəbbüsü ilə yaradılan “Pirqulu” instrumental ansamblının Sabirin şeirləri əsasında hazırladığı kompozisiya ilə başa çatıb.