Şamaxıda səsvermə Seçki Məcəlləsinə uyğun olaraq tam demokratik şəraitdə keçir

Gəncədə keçirilən “Zəriflik” Beynəlxalq Musiqi Festivalı əsl mədəniyyət hadisəsinə çevrilib
Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi açılıb
AVCİYA Xaçmazda seçici hüquqlarının müdafiəsi məsələlərini müzakirə etdi

85 saylı Şamaxı Seçki Dairəsində Milli Məclisə seçkilərin mühüm mərhələsi olan səsvermə kampaniyası seçicilərin yüksək fəallığı şəraitində keçir.

Dairənin sədri Hüseyn Rəcəbov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairənin əhatə etdiyi 63 məntəqədə 41 min 648 nəfər seçici var. Onlar 9 nəfər arasında istədikləri namizədə səs verməlidirlər. Müraciət edən xəstə və ahıl seçicilər üçün səyyar qutu vasitəsilə səsvermə həyata keçirilir.

Dairə sədri vurğulayıb ki, məntəqələrdə səsvermə Seçki Məcəlləsinə uyğun olaraq tam aşkarlıq və demokratik şəraitdə keçir. Prosesin gedişini ayrı-ayrı siyasi partiyalardan olan və öz təşəbbüsü ilə qeydə alınan 830 nəfər müşahidəçi, həmçinin ATƏT-dən olan 4 nəfər, AŞPA-dan 2 nəfər, MDB-dən də 2 nəfər izləyir.