Şamaxıda Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub

“Bakı haqqında etüdlər” foto-albomu işıq üzü görüb
ABŞ rəsmiləri AVCİYA – nın Şirvan ofisində olublar
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Şamaxıda seminar keçirdi

Şamaxıda millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş IV Bədii Qiraət müsabiqəsinə yekun vurulub.

AVCİYA-dan APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən SAMF-ın sədri Musa Yaqub bildirib ki, dördüncü dəfə keçirilən müsabiqənin final turunda 205 nəfər iştirak edib. O deyib ki, AVCİYA-nın prezidentinin təşəbbüsü ilə hər ay 31 nəfərə M.Ə.Sabir adına, iki nəfərə isə S. Ə. Şirvani adına təqaüd verilir.

Tədbirdə Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova, rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, müsabiqənin münsiflər heyətinin sədri, əməkdar artist Azad Şükürov, Sabir Fondunun prezidenti, münsiflər heyətinin üzvü Sevda Tahirli çıxış edərək layihənin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Müsabiqənin nəticələrinə əsasən Göylər kənd 1 saylı tam orta məktəbin şagirdi Gülnur Ağayeva, Avropa liseyinin şagirdi Qərənfil Qədimova, İnşaatçı qəsəbə tam orta məktəbinin şagirdi Çiçək Məmmədova III yerə, şəhər 9 saylı orta məktəbin şagirdi Toğrul Qasımov, Şamaxı Humanitar Kollecinin tələbəsi Samirə İsayeva II yerə, Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının tələbəsi Gülər Məmmədova isə I yerə layiq görülüb.

Müsabiqənin qalibləri millət vəkili Elxan Süleymanovun təsis etdiyi təqaüdü alacaqlar.