Şamaxının Bağırlı kəndində görüş keçirilib

SMS icazə sistemi yalnız 4 şəhər və 1 rayonda tətbiq olunacaq
Şamaxıda qədim türklərə aid küplər tapıldı – İlk dəfə
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin wap portalı fəaliyyətə başlayıb

Şamaxının Bağırlı kəndində görüş keçirilib. Görüşdə Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, professorlar Rüstəm Məmmədov, Nadir Abdullayev və b. iştirak etdiyi görüşdə Şamaxının millət vəkilinin dəstəyi ilə nəşr olunmuş kitablardan danışılmış, yerli camaatın mövcud problemləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Kənd sakinləri adından Səlimov Səlimxan, Azər Quliyev, Qurban Cəbrayılov çıxış edərək, qonaqlara və Şamaxının millət vəkili Elxan Süleymanova öz minnətdarlıqlarını bildirdilər.