Şamaxının millət vəkili 122 Qəhrəman ananı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva: Bizim torpağımız,Vətən uğrunda mübarizəmiz müqəddəsdir
Prezident İlham Əliyev Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Azərbaycan Mətbuat Şurasının sədri, həmkarım Əflatun Amaşova Açıq Məktub

Şamaxının millət vəkili Elxan Süleymanov hər il olduğu kimi, bu il də Şamaxı rayonundan olan Qəhrəman anaları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şamaxı şəhəri, Mədrəsə, Sabir, Şəhriyar qəsəbələrində, Muğanlı, Çuxuryurd, Mirikənd, Qurdtəpə, Qaravəlli, Məlcək, Pirbəhli, Əhmədli, Saqiyan, Cabanı, Bağırlı, Qaleybuğurt, Quşçu, Çarhan, Məlikçobanı, Göylər, I Çaylı və Əngəxaran kəndlərində yaşayan 122 Qəhrəman anaya millət vəkili Elxan Süleymanovun adından bayram hədiyyələri və təbrik məktubları təqdim olunub.