SAMF gürcülərlə informasiya mübadiləsi aparacaq

Azərbaycan Prezidenti və Bolqarıstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
Nərəcinsli balıqların ovuna 20-25 il qadağanın qoyulması təklif edilə bilər
Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb

Söz Azadlığını Müdafiə Fondu (SAMF) ilə Gürcüstanın “Kutaisi İnformasiya Mərkəzi” qeyri-hökumət təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əsasən, təşkilatlar hər iki ölkənin qanunvericiliyinin prinsiplərinə əməl etmək şərtilə ölkələrinə aid informasiyaları mübadilə etməyi öhdələrinə götürüblər.
8 maddədən ibarət olan müqavilənin şərtlərində söz azadlığının qorunması istiqamətində müştərək tədbirlərin, peşəkar tədris kurslarının təşkili, elmi-praktik materialların mübadiləsi, təcrübə mübadilələrinin 6 aydan bir konsultasiya edilməsi və s. nəzərdə tutulub. Tərəflər həmçinin media təmsilçilərinin professional bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Azərbaycanda və Gürcüstanda beynəlxalq konfranslar, seminarlar təşkil etməyi də öz öhdələrinə götürüblər.
Xatırladırıq ki, Gürcüstanın “Kutaisi İnformasiya Mərkəzi” qeyri-hökumət təşkilatı 2000-ci ildə Böyük Britaniyanın “Links” təşkilatının dəstəyi ilə əsası qoyulub. Mərkəz üç prinsip əsasında fəaliyyət göstərir: Konfidensiallıq; Müstəqillik; Obyektivlik. Təşkilatın məqsədi vətəndaşları hökumətin fəaliyyəti haqqında informasiya ilə təmin etmək, vətəndaşları maarifləndirmək yolu ilə onlara öz hüquqlarını başa salmaq və s.-dir.
SAMF digər ölkələrin söz azadlığını prioritet seçmiş analoji təşkilatları ilə də əməkdaşlıq yaratmaq niyyətindədir.

SAMF. 14.04.2010