SAMF “Həsənbəy Zərdabi və “Əkinçi”” adlı yeni kitabı çapa hazırlayır

Millət vəkili Müslüm Məmmədov seçiciləri ilə görüşüb
Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub
AVCIYA 13 rayonda seminar keçirdi

Kitab fondun Milli Mətbuatın 135 illiyinə hədiyyəsidir. Söz Azadlığını Müdafiə Fondu (SAMF) milli mətbuatımızın qaranquşu sayılan “Əkinçi”nin çapdan çıxmasının 135 illiyi münasibətilə yeni kitabın çapına start verib.
Kitabda xalqımızın qiraət müəllimi kimi yaddaşlarda yaşayan H.Zərdabi haqqında ayrı-ayrı mənbələrdən toplanmış məlumatlar, xatirələrlə yanaşı “Əkinçi” haqqında da indiyədək Azərbaycan dilində çap olunmamış yazılar oxucuların ixtiyarına veriləcək.
Fonddan verilən məlumata görə, çap olunacaq yeni kitab milli mətbuatın 135 illiyinə əvəzsiz töhfə olmaqla bərabər mətbuat tədqiqatçılarının, tələbə və elmi işçilərin də diqqətini özünə cəlb edəcək, onlar üçün də gərəkli bir əyani vəsaitə çevriləcək. Bu aspektdə ən diqqəti çəkən yazılar təbii ki, hələ “Əkinçi”nin çapından əvvəl və onun ilk saylarından sonra o dövrün rus dilli mətbuatında ilk Azərbaycan dilli qəzet barədə ictimailəşən məlumatlardır.
Kitabın ön sözünün müəllifi fodun sədri, şair Musa Yaqub, redaktoru əməkdar jurnalist Tahir Aydınoğlu, tərtibçiləri Vüqar Tofiqli və Nəzirməmməd Quliyevdir. Kitabda Zərdabi haqqında ötən əsrdə yazılanlarla bərabər, ədibin müasir tədqiqatçıları professor İzzət Rüstəmov və Vəli Məmmədovun da araşdırmaları yer alıb.

SAMF
14/05/2010