Sankt-Peterburqda MDB PA-nın iclası başlayır

Nyu-Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar qətnamə qəbul edib
Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Şamaxının Millət Vəkili Elxan Süleymanovun İspaniya Senatında çıxışı 22 noyabr 2012-ci il

Bu gün Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası (PA) çərçivəsində keçiriləcək iclasda beynəlxalq əməkdaşlıq, iqtisadiyyat və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Bu barədə “Report” Rusiya KİV-inə istinadən xəbər verir.

Qeyd olunur ki, iclas masası ətrafında 9 ölkənin – Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın parlament rəhbərləri, eləcə də nümayəndə heyətlərinin başçıları toplaşacaqlar.

Assambleyanın iclası beynəlxalq terrorizmlə mübarizə mövzusunda konfransla açılacaq. Bundan əlavə, MDB ölkələrinin nümayəndələri informasiya təhlükəsizliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, insan alveri və qanunsuz narkotik ticarəti ilə bağlı məsələləri müzakirə edəcəklər.

Həmçinin iştirakçılar hüquqi məsələləri, iqtisadiyyat və maliyyə məsələləri üzrə 11 model qanun layihəsini müzakirə edəcəklər. O cümlədən MDB ölkələri üçün qiymətin formalaşması və Vergi Məcəlləsi barədə danışıqlar aparılacaq. MDB ölkələrində gənclər arasında əməkdaşlıq da müzakirə mövzularından olacaq.