Seçki komissiyalarının formalaşdırılmasında müxtəlif ölkələrin təcrübəsi

Özbəkistan Prezidenti Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçılarını təbrik edib
Avropa İttifaqında 2021-ci ildən plastik qabların istifadəsinə məhdudiyyət qoyulacaq
Beynəlxalq Türk Akademiyasının prezidenti Nizami Gəncəvi haqqında geniş məqalə qələmə alıb

Seçki komissiyalarını təşkili ilə bağlı tədqiqatlar göstərir ki, bunun üçün hansısa vahid standartlar yoxdur. Hər bir ölkə komissiyaları spesifik formada, həmin ölkənin qanunvericiliyinə uyğun təşkil edir. Deyilənləri faktlarla, əyani şəkildə görmək üçün aşağıdakı ölkələrin təcrübəsinə nəzər salaq.

Almaniya

Almaniyada seçki orqanları aşağıdakılardan ibarətdir: 1. Federal Seçki məmuru və Federal Seçki Komissiyası; 2. Hər bir ərazi üzrə Ərazi Seçki məmuru və Ərazi Seçki Komissiyası; 3. Hər bir bölgə üzrə Bölgə Seçki məmuru və Bölgə Seçki Komissiyası; 4. Hər bir seçki regonu üzrə Seçki məmuru və Seçki Şurası; 5. Poçt vasitəsilə verilmiş səslərin hesablanması üçün hər seçki regionu üzrə ən azı bir Seçki məmuru və Seçki Şurası. Poçt vasitəsilə verilmiş səslərin hesablanması üçün lazım olan Seçki Şuralarının sayı Bölgə Seçki məmuru tərəfindən seçki günü müəyyənləşdirilir. Bir neçə qonşu seçki əraziləri üçün Birgə Seçki Komitələri yaradıla bilər ki, belə hallarda bu komitələrin sədrləri həmsədr statusunda çıxış edirlər. Poçt vasitəsilə verilmiş səslərin hesablanması üçün Seçki Şuraları və Seçki məmurları bir və ya bir neçə icma və ya seçki ərazisi üzrə müəyyənləşdirilə bilər. Bu məsələ barədə qərarı Ərazi hökuməti və ya onun tərəfindən təyin olunan agentliklər verirlər. l Federal Seçki məmuru və onun müavini Federal Daxili İşlər Nazirliyi tərəfindən qeyri – müəyyən müddətə təyin olunur; l Ərazi Seçki məmuru və onun müavini ərazi hökuməti və ya onun müəyyənləşdirdiyi orqan tərəfindən qeyri – müəyyən müddətə təyin olunur; l Bölgə Seçki məmurları və onların müavinləri hər seçkidən əvvəl ərazi hökuməti və ya onun müəyyənləşdirdiyi orqan tərəfindən təyin olunurlar. Federal Seçki məmuru və Ərazi Seçki məmuruna bu barədə məlumat verilməlidir; l Federal Seçki Komissiyası 8 nəfərdən ibarətdir. Onları Federal Seçki Komissiyasının sədri kimi fəaliyyət göstərən Federal Seçki məmuru təyin edir. Digər seçki komissiyalarını isə 6 nəfərdən ibarət olan həmin komissiyaların sədrləri — Seçki məmurları təyin edirlər. Federal Seçki məmuru, Ərazi Seçki məmuru və Bölgə Seçki məmuru seçkinin tarixi elan ediləndən dərhal sonra seçki komitələrinin üzvlərini və hər üzv üçün bir müavin təyin edirlər. Seçki şuraları Seçki məmuru, onun müavini və Seçki məmuru tərəfindən təyin olunan 3- 7 nəfərdən ibarət olur. Mümkün olduğu hallarda seçki komissiyalarına üzv təyin edərkən ərazidə qeydiyyatı olan partiyalar nəzərə alınmalıdır. Fransa Seçkilər hər birinin xüsusi vəzifəsi və səlahiyyətləri olan aşağıdakı müxtəlif orqanlar tərəfindən həyata keçirilir: l Dövlət Şurası – Fransa milli hökumətinin bir orqanıdır. Quruma vitse- prezident rəhbərlik edir. Şuranın rəhbəri rəsmi mərasimlərdə Fransanın ən öndə duran dövlət qulluqçusu hesab olunur. İcra hakimiyyətinə hüquqi məsləhətlər verir və inzibati ədliyyə üzrə ali məhkəmə funksiyasını yerinə yetirir. l Konstitusiya Şurası – ən ali konstitusiya orqanıdır. Prezident və parlament seçkilərinə rəhbərlik edir. Rəsmi nəticələri elan edir. Referendumun legitimliyini təmin edir. Konstitusiyanın prunsip və normalarına riayət olunmasını təmin edir. Şuranın tərkibi 9 il müddətinə təyin olunan 9 üzvdən ibarətdir. Onların üçdə biri, hər üç ildən bir yeni üzvlərlə əvəz olunur və üzvlərin təkrar tərkibə düşmək hüququ yoxdur. Üzvlərdən biri Respublika Prezidenti, biri Milli Assambleyanın Sədri, biri isə Senatın Prezidenti tərəfindən təyin olunur. Bunlardan başqa ölkənin keçmiş prezidentləri birbaşa siyasətlə məşğul olmadıqları halda könüllü şurada təmsil olunurlar. Şuranın prezidentini Fransa Prezidenti təyin edir. l Milli Nəzarət Şurası – Dövlət Şurasının üzvü olan 5 nəfərdən təşkil olunur. Seçki kampaniyasına və bu proses zamanı dövlət qurumlarının bütün namizədlərə bərabər şərait yaratmasına nəzarət edir. Hər namizəd tərəfindən təqdim olunan seçki kampaniyası materiallarını nəzərdən keçirir və onları təsdiq edir. Qanun pozuntuları zamanı sanksiya tətbiq etmək səlahiyyəti olmasa da, işləri inzibati və ya cəza məhkəmələrinə göndərmək hüququ var. Seçkilərdən sonra hökumətə namizədlərin davranışı baxımından ortaya çıxan problemləri özündə əks etdirən məruzə təqdim edir. Bundan başqa seçki prosesini möhkəmləndirmək üçün tövsiyələr verir. l Yerli komissiyalar – hər departamentin prefekti tərəfindən formalaşdırılır. Onlar yerli səviyyədə qeydə alınan hər hansı qanun pozğunluğu barədə Milli Nəzarət Şurasına məlumat verməyə borcludurlar. l Fransa Yayım hakimiyyəti – 9 üzvdən ibarət kollegial orqandır. Üzvlərin üçdə birini Respublika Prezidenti, üçdə birini Milli Assambleya, üçdə birini isə Senatın Prezidenti təyin edir. Bu qurum seçki kampaniyası zamanı mətbuatın davranışına nəzarət edir. l Conseil Superieur de L audiovisuel (CSA) – radio, televiziya kimi müxtəlif elektron mətbuat orqanlarının fəaliyyətini tənzimləyir. Seçki prosesində mətbuata tövsiyələr və təlimatlar verir. Konstitusiya Şurası və Milli Nəzarət Şurası da daxil olmaqla seçkilərə nəzarət edən qurumlarla yaxından əməkdaşlıq edir. Amerika Birləşmiş Ştatları ABŞ-da MSK – nın 6 nəfər səlahiyyətli nümayəndəsi var. Bunlardan biri sədr, biri müavindir. MSK üzvlərini prezident təyin edir, Senat isə onları təsdiqləyir. Komissiyanın səlahiyyətli nümayəndələri Federal qanunda Seçki prosesinə aid müddəaların həyata keçirilməsinə görə məsuliyyət daşıyır və bu seçki prosesini idarə edirlər. Onların iş rejimi dövlət qulluqçuları kimi tam iş günü müddətindədir.