Seçkilər beynəlxalq standartlara cavab verib

125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyası üzrə 5 yeni seçki məntəqəsi təşkil olunub
Millət vəkili Müslüm Məmmədov Kürdəmirdə seçicilərlə görüşüb
Birinci vitse-prezident azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

27 Avropa ölkəsi, ABŞ və Kanadanı təmsil edən, 163 deputat və seçki ekspertləri Avropa Seçki Müşahidəçiliyi Akademiyasının missiyası tərkibində 7 noyabr seçkilərini müşahidə etdilər. Onların bir çoxu Avropa Şurası, Avropa Parlamenti, ATƏT-in Parlament Assambleyası, NATO, Qərbi Avropa Birliyi və s. təşkilatların üzvləri və keçmiş üzvləri kimi seçki müşahidəçiliyi sahəsində geniş təcrübəyə malikdir.
Beynəlxalq Müşahidəçilərin çoxu seçki günündən bir neçə gün əvvəl gəldilər. Onlar seçkiqabağı kampaniya haqqında heç bir rəy verə bilməzlər. Seçki günündə isə müşahidəçilər 77 seçki dairəsinə paylandılar (ümumi 125-dən).
Müşahidəçilərin qənaəti: seçki günü ölkədə vəziyyət sakit idi. Seçki məntəqələrinə giriş azad və məhdudiyyətsiz idi. Əvvəlki seçkilərdə beynəlxalq müşahidəçilər tərəfindən müşahidə edilmiş yerli icra hakimiyyəti orqanları və polisin seçki prosesinə müdaxiləsi bu seçki ərzində müşahidə edilmədi. Seçicilərin qeydə alınması ilə bağlı heç bir problem yox idi. Kifayət qədər seçki bülleteni var idi. Səsvermə gizli keçirildi. Mürəkkəbləmə prosesi düzgün şəkildə həyata keçirildi.
Mərkəzi Seçki Komissiyası 500 məntəqədə seçkiləri canlı müşahidə etmək imkanı yaradan veb-kameralar quraşdırmış, məntəqələr gözdən əlillər üçün xüsusi trafaretlərlə təchiz edilmiş, şikayət və müraciətlərə baxılması prosesi asanlaşdıran yeni prosedurlara əsasən həyata keçirilirdi.
Beynəlxalq müşahidəçilər seçki prosesi zamanı baş verən bütün detalları öz hesabatlarında əks etdiriblər: “Sayları ən az 4, ən çox 10 olmaqla hər bir seçki dairəsində bir çox namizədlər mübarizə aparırdı. Səsvermə prosedurası təyin edilmiş heyət tərəfindən professional və mütəşəkkil şəkildə beynəlxalq standartlara uyğun həyata keçirildi. Bir neçə seçki məntəqəsində bəzi kiçik texniki problemlər müşahidə edildi. Bəzi hallarda, xüsusilə də, ucqar yerlərdə məntəqələr üçün ayrılmış ərazilər kifayət qədər geniş deyildi. Həmçinin, bəzi hallarda müşahidəçilər komissiya masasından çox uzaqda əyləşdirilmişdilər. Digər bir tərəfdən, seçki məntəqələrinin çoxunda adətən müşahidəçilər çoxluq təşkil edirdi, bəzən bu seçki məntəqəsində izdihamlılıq yaradırdı”.
Səslərin sayılması prosesinə də münasibət açıqlayan 163 deputat və seçki ekspertləri öz bəyanatlarında aşağıdakıları qeyd ediblər: “Seçki məntəqələrində səslərin hesablanması açıq və şəffaf keçirildi. Müşahidəçilər hesablanmaya tam çıxış əldə etdilər və heç bir mühüm problemlə qarşılaşmadılar. Onların getdiyi hər bir seçki məntəqəsinin nəticələri təyin edilmiş çantada möhürləndi və seçki dairəsi səviyyəsində mərkəzi qərargaha göndərildi”.
Beynəlxalq müşahidəçilər öz hesabatlarında ölkəni stabil və demokratik institutların qurulmasının davam etdirilməsinə də çağırırlar. Onlar həmçinin ölkəni qəbul edilmiş beynəlxalq standartlara, xüsusilə də, ATƏT və Avropa Şurasının qətnamələri və öhdəliklərinə cavab vermək səviyyəsinə qədər davam etdirilməsinə çağırırlar. Həmçinin ATƏT-PA və DTİHB-nı özlərinin əvvəlki qiymətləndirmə və tövsiyələrinə əsasən inkişaf və çatışmazlıqları yoxlamağa və növbəti seçkilərin təşkilini təkmilləşdirmək üçün Mərkəzi Seçki Komissiyası və Azərbaycanın icra orqanları ilə konstruktiv dialoqa girməyə səsləyirlər.