Seçkiləri müşahidə edəcək beynəlxalq müşahidəçilər mətbuat konfransı keçiriblər

Referendum seçkilərini müşahidə etmiş Bolqarıstan qrupunun Birgə Bəyanatı
Ermənistan ordusu tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub
Azərbaycanda koronavirusa 2237 yeni yoluxma faktı qeydə alınıb

Sabah Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək “Ədalətli seçkilər uğrunda” beynəlxalq təşkilatının müşahidə missiyasının üzvləri mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, missiyanın Çexiyadan olan üzvü Anna Curdova bildirib ki, bu səhər tezdən Bakıda 5 seçki məntəqəsində olublar və müşahidələr göstərib ki, seçkiyə hazırlıq problemsiz, normal səviyyədədir.

O qeyd edib ki, sabahkı seçkiləri müşahidə etmələri ilə bağlı heç bir problem görmür. Missiyanın rəhbəri rusiyalı Sergey Mirzoev isə deyib ki, ümumilikdə seçki prosesinə hazırlıq yüksək səviyyədə təşkil olunub: “Mən artıq indiyə qədər 6 məntəqədə olmuşam. Hər şey məni qane edib. Xüsusilə seçici siyahılarının məntəqələrdə yerləşdirilməsi və hər namizədin nümayəndələrinin müşahidəsi üçün bərabər şəraitin yaradılması deməyə əsas verir ki, seçkilər problemsiz keçəcək. Biz sabah seçkiləri müşahidə edərək öz təəssüratlarımızı yenidən bölüşəcəyik”. /APA/