Şimal bölgəsində seçicilər altı dairə üzrə 76 namizəd arasında seçim edirlər

Elxan Süleymanov: Baydenin qondarma “erməni soyqırımını” tanımasından ən çox əziyyət çəkən Ermənistan əhalisi olacaq
Azərbaycanlı gənclər ATƏT-in tədbirində erməni iddialarını ifşa ediblər
Şəkili sənətkar 270 ilə yaxın yaşı olan qədim şəbəkə nümunəsini bərpa edir

Fevralın 9-da səhər saat 8:00-da şimal bölgəsindəki seçki məntəqələrində Milli Məclisə seçkilərə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında seçicilər 6 seçki dairəsinin tərkibindəki 366 məntəqədə səs verirlər. Bu regionda 6 deputat yerinə 76 namizəd mübarizə aparır.

Şimal regionunda qeydə alınan seçicilərin sayı 283 min nəfərdən çoxdur. Onlardan 5 min nəfərə yaxını ilk dəfə səs verən gənclərdir.

Şimal bölgəsində olan 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrindən bildirilib ki, qarlı hava şəraitinə baxmayaraq, məntəqələrdə səsvermənin ilk anlarından seçici fəallığı müşahidə olunur. Seçki prosesini yerli və xarici müşahidəçilər izləyir. 62 məntəqədə veb-kamera quraşdırılıb ki, bu da hər kəsə səsverməni onlayn izləmək imkanı verir.