Şotlandiya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransı keçirilir

Yeniyetmə güləşçimiz Turan Bayramov Olimpiya çempionu olub
Respublika Günü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında Paris Sazişindən sonra 5 illik dövrün nəticələri müzakirə edilir.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti Qlobal Ekologiya Fondunun icraçı direktoru, Dünya Təbiəti Mühafizə İttifaqının rəhbəri və İslam İnkişaf Bankının prezidenti, həmçinin Yaşıl İqlim Fondunun rəhbərliyi, Səhralaşmaya qarşı Konvensiyanın Baş katibi, Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi və İqlim Dəyişmələri üzrə Hökumətlərarası panelin sədri ilə görüşüb.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı məlumat verib.

Nazirliyinin nümayəndəsinin sözlərinə görə, konfransda “Yaşıl İqtisadiyyat”a keçid istiqamətində qəbul olunmuş inkişaf proqramları, iqtisadiyyatın sürətlə inkişaf etməsinə baxmayaraq ölkəmizin qlobal emissiyalarda payının çox cüzi, 0,15 faiz təşkil etməsi haqqında məlumatlar verilib: “Qlobal səylərə öz töhfəsini vermək məqsədilə Azərbaycan konfransda yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Eyni zamanda, ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planları haqqında danışılıb.

Konfransda, həmçinin iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün Azərbaycanda erkən xəbərdarlıq sisteminin yaradılması məqsədilə hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi barədə məlumat verilib”.

AZƏRTAC