Söz Azadlığı Müdafiə Fondu ən operativ mətbuat xidmətlərini müəyyən edib

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi
Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin təşviqat mərhələsi başa çatdı
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb

Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətlərinin müəyyən olunmasi”nı aydınlaşdıran rəy sorğusunu yekun vurub. Fonddan verilən məlumata görə, sorğunun keçirilməsində əsas məqsəd mətbuat xidmətlərinin işlərinə daha tələbkar və məsuliyyətli yanaşmalarına, eləcə də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır. Sorğu KİV-də çalışan 500 media təmsilçisi arasında aparılıb. “Dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyəti sizi qane edirmi?” sualına jurnalistlərin 21,6 faizi “bəli”, 48,2 faizi “qismən”, 28,6 faizi “xeyr”, 1,6 faizi “deyə bilmərəm” cavabını verib. Respondentlərin 23 faizi mətbuat xidmətlərində informasiya açıqlığının yaxşı, 27,7 faizi pis, 45,1 faizi orta səviyyədə təmin olunduğunu söyləyib. Sorğu ən operativ mətbuat xidmətlərini də müəyyənləşdirib. Sorğu nəticəsində Xarici İşlər Nazirliyinin, ARDNŞ-nın və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətləri ilk üçlüyə daxil edilib.
Ötən il ən operativ mətbuat xidmətləri isə XİN, ARDNŞ, TQDK-nın mətbuat xidmətləri müəyyən edilib.