Söz Azadlığını Müdafiə Fondu mətbuat xidmətlərinin reytinq sorğusunu keçirir

AŞPA-da Ermənistan üzrə həmməruzəçi: Azərbaycanlılar minalanmış əraziyə necə qayıdacaqlar?
“Daha gözəl Azərbaycan naminə: Azərbaycançılıq və Heydər Əliyev irsi” mövzusunda seminarlar keçiriləcək
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi”ni aydınlaşdıracaq reytinq sorğusuna start verib. İkinci dəfə həyata keçirilən rəy sorğusu 2009-cu il noyabr ayından “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” adlı layihənin davamı kimi həyata keçirilir. Sorğu KİV-mətbuat xidməti münasibətlərinin 2010-cu ildə hansı istiqamətə doğru dəyişdiyini aydınlaşdırmaq niyyəti ilə reallaşdırılacaq. Bununla yanaşı, sorğunun keçirilməsində məqsəd öz üzərlərinə düşən vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən dövlət orqanlarının mətbuat xidmətlərinin adlarını geniş ictimaiyyətə açıqlamaq, bununla da mətbuat xidməti institutları əməkdaşlarının işlərinə daha tələbkar yanaşmalarına və xüsusən də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır. Rəy sorğusu fondun könüllüləri tərəfindən həyata keçiriləcək. Sorğunun KİV-də çalışan 500 media təmsilçisi arasında aparılması nəzərdə tutulur. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.