Sual-cavab

Sabir şeirlərinin qiraət müsabiqəsi bitdi
“Orta ümumtəhsil məktəblərində hüquq tərbiyəsinin təbliği məqsədi ilə tədbirlərin keçirilməsi”
«Forumun məqsədi ölkədə söz və ifadə azadlığı ilə əlaqədar problemlərin müzakirəsidir»

Hörmətli oxucular, AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkiləri əhatə edəcək çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandırır.

– Qeydə alınmış namizədin qeydiyyatının ləğv edilməsi, namizədləri qeydə almaqdan imtina edilməsi hansı halda baş verir?
– Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku, Seçki Məcəlləsinin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir.
Seçki Məcəlləsinin 113.2-ci maddəsinə görə seçki komissiyası namizədi qeydə almaqdan imtina haqqında və qeydə alınmış namizədin qeydiyyatının ləğvinə dair məhkəməyə müraciət barədə aşağıdakı hallarda qərar qəbul edə bilər:
• namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun Seçki Məcəlləsinə uyğun təqdim etdiyi məlumatlar həqiqi olmadıqda və onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda;
• namizəd, referendum üzrə təşviqat qrupu qeydə alınanadək, bu Məcəllənin 75-ci maddəsində göstərilən müddətdən əvvəl seçkiqabağı təşviqat aparılması faktı müəyyənləşdirildikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
• seçicilərin ələ alınması faktı, yəni namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu və ya onların səlahiyyətli nümayəndələri və ya vəkil edilmiş şəxsləri tərəfindən seçicilərin ələ alınması, şirnikləşdirilməsi istiqamətində olunmuş hərəkətlərin edilməsi müəyyənləşdirildikdə;
• mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsi, imzaların toplanması prosesində seçicilərin məcbur edilməsi faktlarının aşkara çıxarılması, imza qoymaq müqabilində seçicilərin mükafatlandırılması;
• müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizəd öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün bu Məcəllə ilə namizədin seçki fondunun xərclərinin müəyyən edilmiş yuxarı həddindən 5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
• siyasi partiya, siyasi partiyaların bloku öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün bu Məcəllə ilə onlar üçün müəyyənləşdirilmiş seçki fondlarının məsrəflərinin yuxarı həddindən 5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
• namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu, habelə siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyalar, siyasi partiyaların, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi və ya üzvləri, vəkil edilmiş şəxsin müvafiq təşkilatın mülkiyyətçisi, təsisçisi, sahibi olduqda və ya rəhbər orqanlarında iştirak etdikdə, seçki kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul olduqda, fiziki və ya hüquqi şəxslərə maddi və maliyyə yardımı, yaxud seçicilərə xidmət göstərdikdə, fiziki və hüquqi şəxslərə belə yardım göstərilməsində kömək etdikdə və ya bu haqda təklif verdikdə yaxud göstərilən şəxslər onların adından xidmətlər göstərilməsinə razılıq verdikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
• namizəd, siyasi partiyalar, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu ilkin maliyyə hesabatını təqdim etmədikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
• namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi vəzifə və ya xidməti mövqelərindən seçki kampaniyası zamanı istifadə etdikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
• namizəd, siyasi partiya, siyasi partiyaların bloku, onların vəkil edilmiş şəxsləri tərəfindən irqi, milli, dini düşmənçilik və nifrət yaradan təşviqat aparıldıqda və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
• qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, qeydə alınmış namizədin vəkil edilmiş şəxsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi və ya vəkil edilmiş şəxsi hərbi hissələrin yerləşdiyi ərazidə, hərbi təşkilatlarda və ya hərbi idarələrdə təşviqat apardıqda;
• dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmadıqda və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
• qeydə alınmış namizəd, namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku onların fonduna daxil olan qanunsuz ianələrdən istifadə etdikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda.
Namizədin qeydiyyatı səsvermə gününə 10 gündən az qalmış müddətdə ləğv edilərsə, bu haqda informasiya seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilir.