Şuşa ilə bağlı qanun layihəsi II oxunuşda qəbul edilib

Ermənistanın Azərbaycana təcavüzü: Qubadlı rayonunun işğal olunmasından 27 il keçir
Müdafiə nazirinin iştirakı ilə azad olunan rayonlarda yeni hərbi obyektlər istifadəyə verilib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Əmmanda İordaniya rəsmiləri ilə görüşüblər

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Yeni qanun layihəsi 15 maddədən ibarətdir.

Sənədə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini; Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni; abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini; ətraf mühitin mühafizəsini; Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini; nəqliyyatın təşkilini; mənzil fondunun idarə edilməsini; sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri; həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Report