Şuşa şəhərində hərbi yürüş keçirilib

Prezident İlham Əliyev Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edib
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevə
Şərqin ilk dünyəvi demokratik dövləti- 103 yaşlı Azərbaycan

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Şuşa şəhərində hərbi yürüş keçirilib.

“Report”un məlumatına görə, hərbi qulluqçular orkestrin müşayiəti ilə yürüş ediblər.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Report