Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

Ötən il azad edilmiş ərazilərin minalardan təmizlənməsinə ayrılmış vəsait açıqlanıb
Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə start verilib
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib

Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilib. Düşmən sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.