“Tarixi Azərbaycan dövlətləri” kitabı ingilis dilində yenidən nəşr olunub

Aİ-yə verilən Nobel sülh mükafatı ilə yalnız o zaman fəxr edə bilərik ki, Dağlıq Qarabağ problemi tezliklə həll olunsun
Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr barədə müzakirələr aparılıb
“Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi – Göyçay döyüşləri”

İlk dəfə ötən ilin aprelində AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycan, ingilis, erməni, gürcü, Ukrayna və moldovan dillərində çap edilən “Tarixi Azərbaycan dövlətləri” kitabı Bakıda keçirilən Avronest Parlament Assambleyası sessiyasının iştirakçıları arasında yayılıb.

Tarixi Azərbaycan dövlətləri haqqında qısa məlumat verilən kitabda həmin dövlətlərin xəritələri də öz əksini tapıb. Oxucular arasında böyük maraqla qarşılandığı nəzərə alınaraq kitabın ikinci nəşri Azərbaycan və ingilis dillərində nəşr edilib.

Kitab ilk gündən Ermənistanın KİV-in böyük etirazına səbəb olub. Kitaba qarşı dəfələrlə erməni mətbuatında hədyan dolu yazılar çap olunub. Ən son belə bir yazı 02.10.2013-cü ildə Ermənistanın “Yerkir” qəzetində gedib. Artıq bu faktlar kitabın mahiyyət etibarilə hədəfə çatdığını göstərir. Elə bu məqsədlə və xaricdə intensiv yayımını təmin etmək üçün kitabın ingilis dilində və fərqli formatda versiyasının buraxılması qərara alınıb.

Kitabın ideya müəllifi Şamaxının millət vəkili Elxan Süleymanov, məsləhətçisi AMEA-nın müxbir üzvü İlyas Babayev, “Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri” seriyasının məsləhətçisi, AMEA-nın həqiqi üzvü Asəf Nadirov, yaradıcı qrupun rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.