Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

Valentina Matviyenko: Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
Kür çayına 600 min balıq körpəsi buraxılıb

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində gənc azərbaycanlı rəssam Fuad Babazadənin əsərlərinin sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə reallaşan sərginin açılış mərasimində Gürcüstanın mədəniyyət və ictimaiyyət xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları, tələbə-gənclər iştirak ediblər.

Bildirilib ki, sərgidə rəssamın 30-dan çox əsəri nümayiş olunur. Gənc rəssamın yağlı boya və portret üslubunda çəkdiyi rəsmlər maraqla qarşılanıb. Rəssamı təbrik edənlər, onun yaradıcılığının parlaq gələcəyi olduğunu bildiriblər.

Gürcüstan Rəssamlıq Akademiyasında ağac üzərində oyma sənətinə yiyələnən rəssamın əl işlərinə böyük maraq var.

 

Xətayi Əzizov, AZƏRTAC-ən xüsusi müxbiri

Tbilisi