Tbilisidə təhlükəsizlik mövzusunda beynəlxalq konfrans keçirilir

Mirzə Qədim İrəvaninin 200 illiyi münasibətilə buraxılan poçt markalarının təqdimatı olub
AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlının yeni kitabları nəşr olunub
AVCİYA Seçki Qərargahının rəhbəri ATƏT nümayəndələri ilə görüşdü

Gürcüstanın paytaxtı Tbilisidə təhlükəsizlik mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (Rondeli Fondu) təşkil etdiyi ikigünlük konfransda regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Azərbaycanı bu tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev təmsil edir.

Tədbirin sessiyalarından biri “2020-ci ildə Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda güc balansı” mövzusuna həsr olunub.

Konfransda diplomatik korpusun nümayəndələri, yerli və xarici tədqiqatçılar, siyasi ekspertlər iştirak edirlər.