Türk Şurası XİN başçılarının xüsusi iclasında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib
AVCİYA Prezidenti Elxan Süleymanov: “Bir ildir ki, hər bir azərbaycanlı kimi mən də qürurluyam”
Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir

İstanbulda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının xüsusi iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, iclasda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.


Xüsusi iclas Əfqanıstandakı vəziyyət və onun Türk Şurasının üzv dövlətlərinə təsirinin müzakirə edilməsi məqsədilə çağrılıb və iclasa Türk Şurasının Fəaliyyətdə olan Sədri, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov sədrlik edib.

Tədbiri açan nazir Ceyhun Bayramov xüsusi iclasın Azərbaycan üçün əlamətdar bir günə təsadüf etdiyini, bu gün Azərbaycan xalqının Ermənistanın hərbi təcavüzünə qarşı ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qurban getmiş qəhrəman oğul və qızlarının xatirəsinə Anım günü kimi qeyd edildiyini vurğulayıb.

Nazir 27 sentyabr 2020-ci il tarixinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu, həmin gün Ermənistanın növbəti hərbi təcavüz aktına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini qorumaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün haqq mübarizəsinə başladığını qeyd edib. 44 gün davam etmiş Vətən müharibəsində Azərbaycan xalqı, Azərbaycan silahlı qüvvələri və Ali Baş Komandanın bir dəmir yumruq kimi birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında qalmış ərazilərimizi azad etdiyi diqqətə çatdırılıb.

Ceyhun Bayramov qeyd edib ki, Vətən müharibəsində əldə edilmiş qələbə beynəlxalq hüquq və ədalətin təntənəsidir, bu qələbə nəticəsində Ermənistanın illər ərzində Azərbaycan və dünya ictimaiyyətinə qəbul etdirmək istədiyi qanunsuzluğa son qoyulub.

Ceyhun Bayramov Türk Şurası və üzv dövlətlərin Azərbaycanın haqlı mövqeyinə davamlı olaraq dəstək verərək prinsipial mövqe nümayiş etdirdiyini xatırladıb və buna görə təşəkkür edib.

Daha sonra Azərbaycanın suvrenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidlərin xatirəsi anıldıqdan sonra iclas öz işini Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun açılış nitqi ilə davam etdirib.

Müzakirələrin yekununda nazirlər şurasının bəyanatı qəbul edilib.

İclasda, həmçinin Türk Şurasının noyabr ayında təşkil olunacaq Sammitinə hazırlıq məsələləri, habelə təşkilatın gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Report