Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçirilib

Yanvarın 26-da Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçirilib.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 89 yaşı tamam olur
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq
ANAMA: Şuşaya atılmış raket “İskəndər-M”dir

 

Yanvarın 26-da Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri, “Baku School of PR” şirkətinin direktoru İlham Məmmədzadə forumun ölkədə PR mütəxəssislərinin yetişməsində xüsusi rol oynayacağını deyib. Bildirib ki, məqsəd türkdilli dövlətlərin PR mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün yeni platforma yaratmaq və bu ölkələrdə ictimaiyyətlə əlaqələr sektorunun inkişafına töhfə verməkdir. İlk forumunun məhz Bakıda təşkil olunması ölkəmizin türkdilli dövlətlərin inteqrasiya mərkəzinə çevrilməsinin göstəricisidir.

Çıxış edənlər forumun iştirakçılara təcrübə mübadiləsi, dünyanın aparıcı PR mütəxəssisləri ilə ünsiyyət, yeni işgüzar münasibətlərin formalaşdırılması, PR sahəsindəki ən son tendensiyalarla tanışlıq imkanları yaradacağını deyiblər.

Forum işini “Müasir kommunikasiya texnologiyalarının inkişaf trendləri”, “Ölkə brendi və PR”, “Türkdilli ölkələrdə PR-ın vəziyyəti: problemlər və perspektivlər” mövzularında sessiyalarla davam etdirib.