Ukrayna MSK-sı protokolların 80,78 faizini hesablayıb

“TURKTIME” proqram sənədi müzakirə edilib
Müslüm Məmmədov: “Erməni nümayəndə heyəti AŞPA-da özünü ifşa edib, onlara dəstək verənlərin sayı azalmaqdadır”
Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı protokolların 80,78 faizini hesablayıb.

AZƏRTAC xəbər verir ki, nəticələrə görə, Vladimir Zelenski böyük fərqlə Petro Poroşenkonu üstələyir. Belə ki, seçicilərin 73,09 faizi Zelenskiyə, 24,57 faizi isə Poroşenkoya səs verib.

Prezident seçkilərində 11 milyon seçici səsvərməyə gəlməyib. Bu da seçkilərin birinci turundan bir milyon seçici çoxdur. İkinci turda ümumilikdə seçicilərin 62,07 faizə yaxını səsvermədə iştirak edib.

MSK mayın 1-nə kimi Ukraynanın altıncı prezidentini rəsmən elan edəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev