Ukraynadan Moldovaya keçən azərbaycanlıların növbəti qrupu Vətənə yola düşüb

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq
Milli Məclis Ermənistan parlamentinin spikerinin son açıqlamasına münasibət bildirib
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq

Ukraynada yaranmış vəziyyətlə əlaqədar ölkəni tərk edərək Moldovaya keçən azərbaycanlıların növbəti qrupu Vətənə yola düşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatın görə, ilk növbədə qadın və uşağların evakuasiyası üçün şərait yaradılır, bu gün Kişineudan daha 72 nəfər azərbaycanlı İstanbul aviareysi ilə yollanıblar.

Kişineuda qalan azərbaycanlılar üçün yerli hökumət tərəfindən qalmaları üçün düşərgə yaradılıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya, Macarıstan və Ruminiya istiqamətlərində tərk edə bilərlər.

Report