UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən Azərbaycan nümayəndə heyəti Parisdə görüşlər keçirib

Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib
Amnistiya Aktı ilə 92 nəfəri qadın olmaqla 666 məhkum azad edilib
TANAP-ın baş direktoru: Əldə edilən gəlirin 58 faizi Azərbaycana düşəcək

UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO Baş direktorunun Təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə təbiət elmləri sahəsində birgə layihələrin həyata keçirilməsi və institusional tərəfdaşlıqların genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin, COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əldə edilmiş razılığa əsasən şagirdlərin iqlim savadlılığı üzrə göstəricilərinin Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PISA) daxil edildiyini nəzərə alaraq bu istiqamətdə mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Bundan əlavə, STEAM layihəsi üzrə beynəlxalq təcrübə mübadiləsinin inkişaf perspektivləri dəyərləndirilib.

Nümayəndə heyəti daha sonra Mərakeş Krallığının ali təhsil, elmi tədqiqatlar və innovasiyalar naziri Azzedine El Midaoui ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

AZƏRTAC