ÜST: koronavirusa gündəlik yoluxmanın ən yüksək göstərici qeydə alınıb

AVCİYA təmsilçisi Türkiyədə Qarabağ zəfərinə həsr olunmuş konfransda iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanışlıq

Son 24 saat ərzində dünyada koronavirusa təxminən 3,4 milyon yoluxma halı qeydə alınıb, bu pandemiya başlayandan bəri ən yüksək gündəlik göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu məlumatları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dərc edib. İlk dəfə olaraq COVID-19-a təsdiq edilmiş yoluxma hallarının sayı 24 saat ərzində 3 milyonu keçib.
Bundan əvvəlki antirekord yanvarın 6-da qeydə alınmışdı: 24 saat ərzində ÜST-yə 2 618 130 yoluxma halı haqqında məlumatlar daxil olmuşdu ÜST-nin statistikası dövlətlər tərəfindən təqdim edilən yoluxma və ölüm halları barədə yalnız rəsmi təsdiq edilmiş məlumatlar əsasında toplanır. Yoluxma hallarında 310 milyonluq hədd yanvarın 12-də, 300 milyonluq – yanvarın 8-də, 250 milyonluq – noyabrın 9-da, 200 milyonluq hədd isə avqustun 5-də qeydə alınmışdı.
Məlumatları ÜST-yə daxil olan ən çox təsdiq edilmiş yoluxma halı – 61 332 277 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (36 070 510), Braziliya (22 558 695), Böyük Britaniya (14 732 598) və Fransa (12 246 358) yer alıblar. Ən çox ölüm halı – 833 519 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (620 091), üçüncü yerdə isə Hindistan (484 655) qərarlaşıb. Daha sonra Rusiya (318 432) və Meksika (300 573) yer alıblar.

AZƏRTAC