ÜST: Qlobal vaksinasiya hədəflərinə nail olunmayıb

Goranboy rayonunda XI-XII əsrə aid feodal qəsrinin divarları və çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkarlanıb
Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib
İstanbulda Türk Dünyası Sığorta Birliyi yaradılıb

Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində dünyanın əksər ölkələrində peyvənd kvotasının səviyyəsi qənaətbəxş deyil. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aktual statistikasına əsasən, sentyabrın sonunadək dünya əhalisinin 10 faizinin koronavirusa qarşı peyvənd edilməsi hədəfinə nail olunmayıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı ÜST dünyanın inkişaf etmiş ölkələrini dəfələrlə peyvənd ianə etməyə çağırıb. Təşkilatın rəhbəri Tedros Qebreyesus bildirib ki, bu ilin sonunadək dünyanın hər bir ölkəsində əhalinin azı 40 faizinin peyvənd olunması üçün “dəmir kimi sərt öhdəliyə” ehtiyac var. Bu göstərici gələn ilin ortalarına qədər isə 70 faizə çatdırılmalıdır.

Qeyd edilib ki, Afrika ölkələrində vaksinasiya səviyyəsi xüsusilə acınacaqlı vəziyyətdədir. Konqo Demokratik Respublikasında əhəlinin 0,15 faizi, Çadda 0,87 faizi və Madaqaskarda isə 1,5 faizi koronavirusa qarşı peyvənd olunub. Müqayisə üçün Almaniyada hər 100 sakinə 128,49, Kanadada 147, Çində isə 146 peyvənd dozası tətbiq olunub.

ÜST dünyanın bir çox bölgəsində insanların peyvəndin ilk dozasını gözlədiyi halda, inkişaf etmiş ölkələrin üçüncü doza komponentini anbarlarda saxlamasını da tənqid edib. Dünyanın inkişaf etmiş ölkələri bir milyard dozanın ianə edilməsini vəd ediblər, lakin yoxsul ölkələrin əhalisinin vaksinasiyası üçün azı iki milyard dozaya ehtiyac var. T.Qebreyesus aparıcı şirkətlər və hökumətlərə müraciət edərək, müasir texnologiyaların transferi və biliklərin paylaşılması yolu ilə peyvənd istehsalını artırmağa çağırıb.

AZƏRTAC