Uzadılmış ali təhsil proqramları üzrə tələbələr üçün tələblər məlum olub

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
Heydər Əliyev Mərkəzində 200-dək unikal musiqi aləti sərgilənəcək
Prezident İlham Əliyev Dünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib

Uzadılmış və ya inteqrasiya edilmiş ali təhsil proqramları Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartının (ATKTS) maksimum 2 səviyyəsi üzrə təhsil proqramlarının inteqrasiya edilmiş tədrisini təmin edəcək.

APA-nın məlumatına görə, bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, inteqrasiya edilmiş təhsil proqramlarının formalaşması hər iki səviyyə üzrə əsas təlim nəticələrinin qazanılmasını təmin etməlidir. İntqerasiya edilmiş təhsil proqramları çərçivəsində təhsilin tam başa vurulmaması, ancaq birinci səviyyə üzrə təlim nəticələrinin qazanılması şəraitində təhsilalana müvafiq proqramın birinci səviyyəsi üzrə kvalifikasiya verilə bilər. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin (AzMKÇ) 5-ci və 6-cı səviyyələri üzrə inteqrasiya edilmiş təhsil proqramları müvafiq olaraq 4-6-8 tədris semestri və 120-240 krediti nəzərdə tutur.

Layihədə qeyd edilir ki, təhsil prosesindən yarımçıq uzaqlaşmağa qərar vermiş və ya bakalavr kvalifikasiyası üçün əlavə 60 kredit toplamaqda çətinlik çəkən və subbakalavr səviyyəsi üçün tələb olunan 180 krediti toplamış təhsilalanlar subbakalavr kvalifikasiyası əldə edirlər. Subbakalavr kvalifikasiyvsı  ilə təhsilini başa vurmuş təhsilalanlar eyni təhsil proqramı üzrə növbəti illərdə əlavə 60 kredit qazanaraq bakalavr dərəcəsi almaq imkanını saxlayırlar.

Uzadılmış və ya inteqrasiya edilmiş proqramlar üzrə təhsilini uğurla başa vurmuş təhsilalanlara yuxarı səviyyənin kvalifikasiyası təqdim edilir. Uzdılmış və ya inteqrasiya edilmiş proqramlar üzrə təhsilalma forması əyani və qiyabi ola bilər.

APA