Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib

Londonda müstəqilliyin bərpasının 30-cu ildönümü və Vətən müharibəsindəki qələbənin ilk ildönümü qeyd olunub
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
“Sevginin kölgəsi” – “Nəsimi ili” çərçivəsində növbəti sərgi belə adlanır

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.

Siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 14-dək dəfn edilən 2904 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 10 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbələri və doğum tarixi haqqında məlumat təqdim olunur.

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı 

https://mod.gov.az//images/pdf/131d6a3630f4a758bf646670cd676b0e.pdf

Müdafiə Nazirliyi