Vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıldı

Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub Prezident İlham Əliyev açılışda iştirak edib
Tiflis – Borçalı ədəbi mühitinin Qızıl dövrü Şahbaz Şamıoğlu ilə söhbət
Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarılması və əhalinin içməli suya tələbatının ödənilməsi məqsədi ilə subartezian quyuları qazılacaq

Bu gündən Təhsil Nazirliyinin yeni 146-3 “Qaynar xətt” xidməti fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər. 

Müraciət edən hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.

146-3 “Qaynar xətt” xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

report.az