Vəngli sakini: Atamın və qardaşımın şəhid olduğu kəndimizə qayıtmaq qürurvericidir

Mədəniyyət naziri: “UNESCO-nun Azərbaycanı əsassız olaraq günahlandırması qərəzli yanaşmadır”
Heydər Əliyev Fondu Rusiyanın Kemerovo şəhərində yanğından zərərçəkənlərə yardım göndərib
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

Ağdərənin Vəngli kəndinə qayıdan Sayalı Mirzəyeva atası ilə qardaşının şəhid olduğu doğma torpağa qayıtmağın qürurverici olduğunu deyib.

O, “Report”un Ağdərəyə ezam olunan əməkdaşına açıqlamasında müharibənin alovlandığı vaxt 21 yaşında olduğunu bildirib.

S.Mirzəyeva artıq övladlarının Vənglidə təhlükəsiz şəraitdə yaşayacaqlarını vurğulayıb:

“Münaqişə başlayandan sonra bizim kəndin camaatı da daxil olmaqla, Qarabağ əhalisi min bir əziyyətlə üzləşdi. Vənglinin müdafiəsi zamanı atam və qardaşım şəhid oldu. Çox sevinirəm ki, şəhidlərimizin qanı tökülən torpaqlarımız artıq azaddır və övladlarımız bu torpaqlarda təhlükəsiz şəraitdə yaşayacaqlar”.

Report