Vətən müharibəsindən qayıdan hərbçilərlə bağlı komissiya işə başlayıb

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada növbəti donor aksiyası keçirilib
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Beynəlxalq Azadlıq Cəbhəsinin bəyanatı: Kanakidən sonra Martinikadakı üsyan təsadüfi deyil

Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiya yanvarın 11-dən fəaliyyətə başlayıb.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırması, həmçinin həll olunması istiqamətində zəruri tədbirlər görəcək.

Report