Veronika Kotek: “Moskva Bəyannaməsi xüsusi öhdəliyin yenidən təsdiqlənməsidir”

AİC çərçivəsində gömrük ittifaqının yaradılmasına Rusiyanın təsiri altında olmamaq istəyi mane ola bilər
İran və Azərbaycan əlaqələrin inkişaf etdirilməsində maraqlıdır – yeni səfir
“AVCİYA-Ekspertiza” klubu Azərbaycanlılara qarşı soyqırımları təhlil etdi

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotekin APA-ya müsahibəsi

– Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan, Rusiya və Ermənistan prezidentləri tərəfindən imzalanmış Bəyannaməsi ilə bağlı rəyi nədən ibarətdir?

– Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində atılan bütün addımları alqışlayırıq. Ümumi rəyimiz ondan ibarətdir ki, bütün daxili və beynəlxalq münaqişələr yalnız dinc yolla və beynəlxalq hüququn prinsipləri çərçivəsində həll olunmalıdır. Bu, Avropa Şurasına daxil olarkən hər iki döv

lətin öz üzərinə götürdüyü xüsusi öhdəlikdir. Birgə imzalanan Moskva Bəyannaməsində bu öhdəliyin yenidən təsdiq edildiyini görürük. Eyni zamanda münaqişənin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi çərçivəsində həll olunmasının tərəfdarıyıq. 

– Sənədin 5-ci maddəsində münaqişənin həllinə dair səylər kontekstində etimadın möhkəmləndirilməsi üçün tədbirlərin reallaşdırılmasına şərait yaradılmasının təşviq olunmasını qeyd olunur. Avropa Şurası bu maddənin reallaşdırılmasında hansı rolu oynaya bilər?

– Avropa Şurası vətəndaş cəmiyyətləri və ayrı-ayrı fərdlər arasında əlaqələrin qurulması da daxil olmaqla etimadın möhkəmləndirilməsi sahəsindəki tədbirləri alqışlayır. Əlbəttə ki, bunun üçün tərəflər arasında siyasi iradə və dialoqun olması vacibdir. Həm müxtəlif köməkçi tədbirlərin, həm də məsələn, Avropa Şurası Nazirlər Komitəsinin «Aqo» Monitorinq Qrupu vasitəsilə bu cür iradə və dialoqun formalaşdırılmasına çalışırıq. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli hər iki dövlətin və onların vətəndaşlarının firavan gələcəyi, beləliklə də bütün Avropa üçün zəruridir.

– Münaqişənin həllindən sonra Dağlıq Qarabağ ərazisində yaşayacaq tərəflər və icmalar arasında etimadın möhkəmləndirilməsinə dair Avropa Şurası tərəfindən hər hansı təşəbbüs hazırlanırmı?

– Bir sıra yardımçı və əməkdaşlıq tədbirlərimiz iki dövlətin nümayəndələrini bir araya gətirir. Bəzi hallarda bu, rəsmilər, bəzən isə QHT-lər, gənclər və ya media nümayəndələri qismində vətəndaş cəmiyyətinin üzvləri olurlar. Bu, tərəflər arasında barışığın əldə olunması və sülh prosesinin davamlı təsirli ola bilməsi üçün fikir mübadiləsi imkanlarını təmin etmək, qarşılıqlı etibarı və inamı möhkəmləndirmək istiqamətində aparılan davamlı bir prosesdir. /APA/