VII Qlobal Bakı Forumunda 70 ölkədən 450 nümayəndə iştirak edəcək

Saat 15.00-a olan məlumata görə səsvermədə fəallıq 39,23 faizdir
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
Dövlət rüsumları “e-bildiriş” əsasında ödəniləcək

Martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı Forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq.

Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları keçiriləcək. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.

Forumda tanınmış dövlət adamlarının, siyasətçilərin, nüfuzlu ictimai xadimlərin iştirakı gözlənilir. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.