“Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət göstəricisi 44-dən 45-ə yüksəlib

BMT: Beynəlxalq Qadınlar Günündə nailiyyətlər haqqında düşünmək vaxtıdır
Prezident: İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və hər kəs qanun qarşısında bərabərdir
Prezident İlham Əliyev Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub

Azərbaycan “Vikipediya” icmasının gərgin əməyi sayəsində “Vikipediya” virtual ensiklopediyasının Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət göstəricisi) 44-dən 45-ə yüksəlib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, dərinlik göstəricisinin artması onu təsdiqləyir ki, “Vikipediya”da məqalə yaradanların sayı artıb və xüsusilə keyfiyyətli, məzmunlu məqalələrin yaradılmasına daha çox üstünlük verilir. Bu, həm də müxtəlif mövzular ətrafında məqalələrin yaradıldığını göstərir. Redaktəyə ehtiyacı olan məqalələr zənginləşdirilir. Bu günlərdə Azərbaycan dili bölməsində məqalələrin sayının 200 mini keçməsi faktı bunu bir daha təsdiqləyir.

Xatırladaq ki, ötən ilin dekabr ayı ərzində “Vikipediya”nın Azərbaycan dili səhifələrinə 37 milyon dəfə baxış olub. Son bir il ərzində isə bu rəqəm 358 milyondur.

Qeyd edək ki, bir neçə ildir AMEA institutlarının əməkdaşları üçün könüllü olaraq “Vikipediya” təlimləri keçirilir. Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Son bir ildə isə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Vikipediya” təlimləri təşkil edilir. Könüllü qruplar “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin yaradılmasına və zənginləşdirilməsinə öz töhfələrini verirlər.